29 may 2019 12:02
1068

SOCAR Türkiyədə ildə 4 milyard kubmetr qaz satacaq

“SOCAR Turkiye Enerji” şirkəti 2020-ci ildən etibarən Türkiyənin daxili bazarında illik 4 milyard kubmetr qaz satışını planlaşdırır.

Bu barədə şirkətin baş direktoru Zaur Qəhrəmanov məlumat verib.

“2020-ci ildən daxili bazarda SOCAR-ın qaz satışı illik 4 milyard kubmetr təşkil edəcək. Bunun 2 milyard kubmetri “Bursagaz” və “Kayserigaz” şirkətlərinin abonentlərinə satılacaq. Onların abonentlərinin ümumi sayı 1,5 milyon nəfər təşkil edir”-deyə, Z.Qəhrəmanov  jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Şirkət qalan 2 milyard kubmetr qazı isə Türkiyənin daxili bazarında topdan qiymətlərlə satmağı planlaşdırır. (İnterfaks)