Bu gün Bakı şəhəri Sabunçu rayonunda 3 yaşlı qız uşağının yoxa çıxması ilə bağlı məlumatlar yayılıb.
"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, qəsəbədə ailəsi ilə yaşayan və küçədə oynayan Zəhra adlı qızcığazın dünən səhər saatlarında itkin düşdüyü bildirilir.
Nəzarət kameralarına düşən görüntüdən bəlli olub ki, naməlum şəxs uşağın əlindən tutaraq onu harasa aparır.
Uşağın axtarışları hələlik nəticə verməyib.
Məlumatı olan şəxslər bu nömrə ilə əlaqə saxlaya bilər: +994 50 505 40 09
Sel və daşqın risklərinə qarşı müdafiə sistemi gücləndirilir - Prezidentdən əhalinin təhlükəsizliyinə yönəlmiş mühüm Sərəncam
Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçiriblər