KÖŞƏ

Yusif Babanlı

Müstəqillik uğrunda şərəfli mübarizə tarixi

11 iyun 2019 12:24
8862

Qədim tarixə malik Azərbaycan dövləti əsrlər boyu öz müstəqilliyi və dövlətçiliyi uğrunda şərəflə və qürurla mübarizə aparıb. Dövlətin formalaşmasında böyük zəhməti olan tarixi şəxsiyyətlələrin rəhbərliyi və əzmkar azəri xalqının birlik və mübarizəsi ilə müasir, dinamik inkişafda olan qüdrətli Azərbaycan formalaşıb. Məhz belə bir dahi tarixi şəxsiyyətlərdən biri və demək olar ki, bütün ömrünü vətəninə, xalqına xidmətə həsr etmiş şəxsiyyətlərdən birincisi Ulu öndər Heydər Əliyev olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədaxilində bütün sahələrdəki boşluq və özbaşnalıq dövləti parçalanmağa, dağılmağa aparırıdı. Dövlətin məhz belə bir böhran dövründə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. Heydər Əliyev zəngin siyasi düşüncəyə və xüsusi istedada malik bir şəxsiyyət olaraq 1969-1982 –ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmışdır.

Xalqımızın  təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Elə həmin gündən Ulu öndər dövətçilik məsuliyyətini əzimlə, cəsarətlə öz üzərinə götürərək ölkədə davam edən gərginliyin, qarşıdurmanın, parçalanmağın və vətəndaş müharibəsinin qarşısını aldı. Sözün əsl mənasında Azərbaycanın xilaskarı oldu. 

1993-sü ilin əvvəllərindən ölkədə silahlı quruplaşmalar yaranmışdır ki, hansı kin onların anacaq bir məqsədi vardı dövləti parçalamaq. Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinin yaranması artıq yetişmişdi. Ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanmanın həyata keçirilməsi planı tam hazır idi. Demək burada bir məqsəd vardı, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoymaq. Dövlətin müstəqillik qazanmasından iki il keçməsinə baxmayaraq ölkə tam müstəqil dövlət kimi hələ tam formalaşa bilməmişdi. 1993-cü ildə Gəncə hadisələri ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün dövlətin operativ tədbirləri vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi dövlət rəhbərlərinin istefasını tələb edirdi. Regionlardakı bu qarşıdurma Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Məhz belə bir çətin və ağır vaxtda dövləti parçalanıb dağılmaqdan xilas etmək üçün dövlətin rəhbər qurumları Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın və rəhbərliyin təkidi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev  Gəncə qiyamını yatırmaq üçün Gəncəyə yola düşdü. Qiyamçılarla danışıqlar aparmaq məqsədilə Milli Məclisin iclasında hadisələrlə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev parlamentin sədri seçildi. O zaman Milli Məclisin sədri yox idi, çünkü sədr İsa Qəmbər istefa vermişdi. Dövlətin strukturunda və idarəçiliyində bu boşluqların olması  hadisələrin gərginləşməsinə və qarşıdurmanın bütün ölkəyə yayılmasna şərait yaradırdı. Bütün dünyada düzgün siyasi xətti və vətənpərvər mövqeyi ilə nüfuz qazanmış Heydər Əliyev məhz belə bir zamanda Azərbaycanın xilaskarı oldu.

Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Bu əlamətdar və şərəfli gün münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Ulu öndər Heydər Əliyevin böyük zəhməti ilə qurub yaratdığı Azərbaycan dövlətinin hər zaman çiçəklənməsini və inkişafını arzu edirəm.

Yusif Babanlı,

ADBTİA-nın prorektoru, professor