Ölkəsinin, xalqının rifahına çalışan və bu işə öz töhfəsini verən hər bir insan, həm də öz həyatını yüksəkliklərə qaldırır. Qədim dövrlərdən bu günədək dünyada gedən ictimai-siyasi proseslərə nəzər salanda, Azərbaycanın necə çətin yollardan keçdiyini və hansı haqsızlıqlara düçar olduğunu görəndə, istər-istəməz düşünürsən: İlahi, necə olur ki, müsəlman dövlətlərinin inkişafını həzm edə bilməyən qüvvələr bir-birlərini görmədikləri halda, ayrı-ayrı əsrlərdə doğulsalar da, bu gün onları bir əqidəyə, bir dinə mənsub olmaları birləşdirdiyi halda, niyə müsəlmanlar dünyada birlik yarada bilmirlər? Bir müsəlman kimi bizim birliyimizin olmaması, ayrı-ayrı təriqətlərə sürüklənərək parçalanmağımıza, bütünlükdə dinimizin aşağılanmasına və türk dünyasının təklənməsinə gətirib çıxarır...
Düşünürəm, bütün dünya oyaq ikən, dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərsiz olan zavallı müsəlmanlar hələ də yatırlar. Bu tarixi keçmişimizdən ibrət dərsi almamağımızın nəticəsidir ki, bu gün, bəşər tarixində anoloqu olmayan dünya şöhrətli siyasətçi, fitri istedada malik siyasətçi, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və xilaskarı Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə əsaslanan danılmaz fəaliyyətini heçə endirmək istəyən düşmən qüvvələrin əlində alətə dönən, “sapı özümüzdən olan baltalar”a hələ də rast gəlinir. Alçaq adamların ulduza hürən tula kimi, böyük şəxsiyyətlərin üzərinə hücuma keçməklə, dolayısı ilə özlərinə “şöhrət” qazanmaq kimi çirkin metodları hamıya məlumdur. Təhsil orta ola bilər, amma tərbiyə yüksək olmalıdır.
İnsan həyatının dəyəri başqalarının həyatına verdiyi töhfənin keyfiyyəti ilə ölçülür. Başqasının zəhmətini qiymətləndirməyi bacarmayan, haqqı itirən ədalətsiz insan heç vaxt xoşbəxt ola bilməz! Ağıllı davranış qaydaları barədə, çətin və mürəkkəb olan həyat yolunda uğurlar qazanmaq, ləyaqətlə yaşamaq barədə bilgilər əldə etmək üçün yalnız valideynlərdən əxz edilən bilgilər heç vaxt kifayət etmir. Gərək gənclər həyatda əllərindən tuta biləcək bilgilərə yiyələnsinlər, güclü, iradəli, bacarıqlı insan təfəkkürünə nail olmaq üçün həyatın qanunlarını bilsinlər, uğur qazanmağın yollarını, sirlərini öyrənsinlər, kitab oxusunlar, öz xalqının keçmiş tarixinə dərindən bələd olsunlar.
Bu cür bilikləri əldə etmək üçün, vətənpərvər olmaq üçün Ulu öndər Heydər Əliyev məktəbini, onun siyasi kursunu dərindən öyrənmək çox vacibdir. Belə ki, ölkə rəhbərinin fəlaiyyəti, onun beynəlxalq aləmdəki nüfuzu, ölkəmizdə nail olduğu qlobal dinamik inkişafı hər bir məmur yerlərdə, hər bir valideyn evlərdə yetərincə təbliğ etməlidirlər.
Düşünürəm, necə olur ki, vaxtilə Dağlıq Qarabağda Topxanada bir armud ağacının ermənilər tərəfindən kəsilməsinə dözməyən, ayağa qalxan mübariz xalqımız bu gün dövlətinin, millətinin, bayrağının təhqir olunmasına biganə yanaşır? Çünki düşmənlər tərəfindən hiss olunmadan aparılan əks-təbliğat bizi qabaqlayır, onlara öz xoşbəxtliklərini dərk etməyə imkan vermir.
Söz ucaldıb, söz yüksəldib səcdəsində duranı da,
Əzəl sirrin hökmünü də, alqışı da, Quranı da!
(Məhəmməd Füzuli)
İnsanın öz xoşbəxtliyini dərk etməsi əxlaqi dəyərlərin ən yüksək zirvəsinin nədə olduğunu bilməsindən və yaşadığı anları necə qiymətləndirmə bacarığından asılıdır. Adam var ki, insana lazım olduğundan da artıq şəraitdə sağlam həyat tərzi yaşayır. Lakin o, bədbəxtdir! Çünki nadanlıq, həsəd və paxıllıq onun daxili dünyasını təmizləyən kamil idrakdan, iti zəkadan uzaq salmışdır.
Təəssüf olsun ki, belə insanlar var. Odur ki, ulu öndər Heydər Əliyev siyasi kursunu dərindən öyrənmək, onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqının iradəsini ifadə edən və dünyanı heyran qoyan titanik fəaliyyətinin gərginliyini anlamaq, onun qarşılaşdığı tarxi proseslərin mürəkkəbliyini dərk etmək və bir vətəndaş həssaslığı ilə qürurla yaşamaq hissini, bu firavan, xoşbəxt Azərbaycanda yaşayan, lakin bu xoşbəxtliyin necə əldə olunmasından xəbəri olmayan yeniyetmə gənclərə bütün təfərrüatı ilə və dönə-dönə aşılamaq hər birimizin borcudur.
Xalqımızın birliyinin, Vətənə və dövlətə sədaqətinin təcəssümü olan ulu öndər Heydər Əliyev şəxsiyyətinin taleyimizdəki fövqəl rolu öz reallığı ilə əxz edilməli və gələcək nəsillərə ötürülməlidir. Ona görə ki, Heydər Əliyev ideyalarının əbədi yaşaması müstəqil Azərbaycan dövlətinin daim mövcudluğu deməkdir. Ulu öndər Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycan dövlətinin qarantıdır!
Sönməz, əbədidir Heydər Əliyev
Mələklər qoynunda imdada çatan,
Xalqın nicat yolun xalqa anladan,
Müqəddəs bu yolda təkcə can atan
İlahi qüvvədir Heydər Əliyev!
Qılıncın qənimi, qələmin qulu,
Haqqın dərgahında uludur, ulu!
Sevdiyi Vətəndir, bir Allah yolu
Sönməz, əbədidir Heydər Əliyev
Həsən deyər haqq sözünü elinən,
Xalq sevgisi qazanılmır dilinən.
Dünyada hər yerdən görünə bilən,
Əlçatmaz zirvədir Heydər Əliyev!
***
1998-ci il. Prezident seçkisi ərəfəsində
İnamın gücü
Ümiddir insanı yaşadan, dədə
Ümid də dayanır inam üstündə.
İnamsa, bir gül tək saf ülvi hissdir,
O yalnız həqiqət üstündə bitir!
Həqiqət, həm inam, ümid oldun sən!
Xalqımın işıqlı gələcəyisən!
Bəşər tarixində olmamış bəlkə
Azərbaycan kimi elə bir ölkə,
Min bir bəlalardan, oddan, alovdan,
Keçərək qurtara özün buxovdan.
Xilaskarı oldun bu doğma yurdun,
Sülhün, azadlığın taxtını qurdun.
Qaytardın millətin özün-özünə
Dilini özünə, sözün özünə
Sarsılmış inamın, ruhun sağaltdın.
Qorqudu anlatdın, yolun yaşatdın
Yenidən dirçəltdin, qurdun, yaratdın
Millətin adını göyə ucaltdın!
Bütün dünya baxır qibtəylə bizə!
Düşmüsən əbədi tariximizə!
Vətən, xalq yolunda keçmisən candan,
Doğuldun günəştək Azərbaycandan!
Nurun türk dünyasını qoynuna aldı...
Düşmən qüvvələri təşvişə saldı!
Bu nurun mənbəyin söndürsün deyə
Keçdilər əlaltı səfərbərliyə...
İşləri bu yolda müşkülə döndü,
Hara əl atdılar Heydər göründü!...
Daxildən, xaricdən hər fitnə, hər şər,
Birləşib hədəf də səni seçdilər.
Lakin gördülər ki, ölkədə bir tək,
Sənə olan İNAM qalib gələcək
Odur ki, vicdanı atıb keçdilər,
İnamı sarsıtmaq yolun seçdilər!
Belə ki, daxildə aranı vurmaq!
Xalqın sənə olan İNAMIN qırmaq!
Bəli, inamsız xalq - sönmüş bir ocaq
Ondan da daha nə isti olacaq?
Bütün şər qüvvlər buna yüklənib,
KİV-lər də “Azadlıq” üstə köklənib...
Üstəlik yerlərdə real vəziyyət
Min bir oyun ilə edilir xəlvət.
Millət döndərilir neytronlara
Nüvə ətrafında elektronlara...
Məmur da göstərir buna “sədaqət”
Düşməndən də artıq edir xəyanət!
Xalqın taleyilə oyun oynayan,
Heydər dühasını anıb “qanmayan”,
Beyni mədəsində olan nadanlar,
Vəzifə naminə xalqı satanlar,
Müxalif adı ilə casus, xainlər
Birgə bu məqsədə xidmət edirlər.
Mən də car çəkirəm Azərbaycana
Xalqın yatmışları varsa oyana!..
Bilə ki, varlığın bir qələbədir.
Sənə dəyən zərbə - elə zərbədir!
Bunlardır Həsənə verən əziyyət
Susmağın özü də olar xəyanət!
***
Möhtərəm Prezidentimiz cənab
Heydər Əliyevin Sədərəkdə
R.Koçaryanla görüşü münasibətilə
Bağışla, dədə!
Nadanlar səhvindən torpaqlar gedib
Sənsə qaytarırsan qarışla, Dədə!
Pis övladın zəhmətin çəkən ata tək,
Nə olar, bizi də bağışla, Dədə!
Bilirəm nə çəkir o böyük ürək,
Hər dəfə düşmənlə gözə gələndə!
Zirvələr zirvəsi o dahi Heydər
Göylərdən birbaşa yerə enəndə!
O dağ əzəmətli vüqarınla sən
Həyatda heç kimə əyilməmisən!
Ancaq xalq yolunda, Vətən yolunda
Bu nədir? Canını qurban vermisən!
Məqsədin, məramın xalqa bəllidir
Bütün addımların düz əməllidir!..
Odur ki, dünyanın hər yerində də
Varlığın millətə güc, təsəllidir!..
Dünya heyran qalıb məharətinə!
Vətənə, xalqına məhəbbətinə!
Yaratdığın yeni Azərbaycana -
Müstəqil dövlətə sədaqətinə!
Heydər tək uzağı görən,
Millətə dar günü qurtuluş verən ,
Düşmən qüvvələrə tək sinə gərən
İkinci bir insan varmıdır görən?!
Gəzib dolansan da bütün dünyanı
Tapmaq mümkün deyil o cür insanı!
Fitri istedadlı elə bir dahi
Yaradarmı görən bir də İlahi?!
Bu haqq qarşısında öyünən həmən,
Özündən bixəbər, deyən mənəm-mən
“Türk olub” erməni südünü əmən,
De, səndə heç vicdan varmıdır görən?!
Heydər zəhmətini vuranlar yerə
Yoxlasan, heç zaman türk ola bilməz!
Qul olan nökərdir ermənilərə..
Hazırdır həmişə böhtana, şərə...
Bəşər tarixində səhfələr gəz -
İgidlik rəmzidir türklər, əyilməz!
Həsən, hafizəni zamanlar silməz,
Heç kim müdrik xalqı çaşdıra bilməz.
Yığılsa da, bütün dünya bir yerə
Heydər paklığına xal vura bilməz!
14.08.2002
***
Qurtuluş Günü münasibətilə
Ümummilli lider Heydər Əliyevə
ittihaf edirəm
Ölməz oldun
Bir ömür yaşadın əsrə bərabər,
Xalqını yaşatdın, sən ölməz oldun!
Vətən, xalq yolunda alışdın, yandın,
Günəş tək parladın, sən sönməz oldun!
Düşmən qüvvələrə tək sinə gərib,
Qurtuluş yolundan sən dönməz oldun!
Bəşər tarixində bir lider kimi,
Siyasi meydanda yenilməz oldun!
Əbədi ucaldıb öz abidəni,
Xalqının qəlbindən silinməz oldun!
Həsən Şirinov