27 iyun 2019 10:33
1362

Bunları bilirdinizmi?

Əgər vacib bir  imtahana hazırlaşırsansa,  dərs oxuyarkən  üstünüzə daha  əvvəl  heç  istifadə etmədiyiniz bir  ətir vurun.  O ətri, bir  də imtahana  gedərkən vurun. Bu  sayədə imtahan zamanı qoxu  beyninizi  qıcıqlandırıb, həmin  gün oxuduqlarınızı yada  salmağa daha  effektiv  kömək olacaq.

Xoşbəxt insanlar mahnılardakı melodiyalara, xoşbəxt olmayan  insanlar isə sözlərə diqqət edir.

Bir  sözü xatırlamaqda  çətinlik çəkirsinizsə, yumruğunuzu sıxın. Bu  zaman beyinin  fəaliyyəti  daha  da artır və yaddaşı işə salmağa kömək edir.

Bir  insan  ömrü  boyunca  ortalama  23 min dəfə göz  qırpır, 100 min dəfə ürəyi döyünür, 23 min dəfə nəfəs alır, qaraciyəri ilə  1500 litr qan süzülür, mədəsi ilə 2 litr Xlorid  turşusu istehsal olunur.

Çox məcbur qalmadıqca qar  yeməyin. Çünki  onu əritmək üçün  bədən  kifayət qədər çox  enerji  sərf  edir.

Hıçqırıq tutduğu  zaman  nəfəsinizi  10 saniyə tutduqdan  sonra 3 dəfə udqunun, qısa  zaman  sonra  hıçqırıq keçəcəkdir.

Saxsıdakı bitkilər həşəratlara  görə quruyursa, bitkilərin köklərinə  siqaret  külü  tökün. Kül   həmin  həşəratları  zəhərləyəcək və bitkilərin kökünün  zədələnməsinin qarşısını alacaq.

Əgər yata  bilmirsinizsə bədəndəki melatonin  səviyyəsini yüksəltməyə kömək olan  albalı suyu  yuxusuzluğun aradan  qalxmasına kömək  edəcək.

Pişiklərin naftalin  və ya plastikdən  xoşu  gəlmir. Ona görə də pişiyinin harada  oturmasını istəmirsinizsə, həmin yerlərə naftalin  qoya  və ya  sellofan  örtə bilərsiniz.

Məhsulun  ucuzunu  ya  da  bahalısını  almaq  əksər vaxt yanlış seçim olur. Qiyməti  orta  həddində olan məhsulların  daha  sərfəli  olduğu sübut olunmuşdur. Əgər doğrudan da nəyisə çox  bahalı  və keyfiyyətli  almaq  istəyirsinizsə bu sizin yatağınız olmalıdır. Çünki orta  hesabla  insan  ömrünün   üçdə bir hissəsi  çarpayıda  keçir.

Bir işin  daha  çox  pis  tərəfi haqqında düşünmək  zərərlidir. Çünki beyniniz bu zaman  neqativ  fokuslanır və çata  biləcəyi  maksimum  hədəfdən uzaqlaşır.

Kaloriyaları yandırmaq  onları  heç  almamaqdan  daha  çətindir.

Səhər yuxudan oyandığınız  vaxt enerjinizin   ən çox  olduğu  vaxtdır. Səhər enerjinizi  lazımsız şeylərə xərcləsəniz,  axşam  dərs oxuduqda  bu  ehtiyat  sizdə tükənmiş olduğundan  işiniz həm ləngiyəcək, həm də çətinləşəcək.

Həddən artıq stress  insanın beyin  hüceyrələrinin  quruluşunu dəyişə bilər.

İnsanın  həyatda ən xoşbəxt olduğu   yaşlar  23, 33, 34  və 37-dir. 

İnsanlar aclığa yuxusuzluqdan  daha  dözümlüdür.

Bir vərdişi  qazanmağın  ortalama  müddəti  66 gündür.

60 yaşında dadbilmə duyğularının  yarısı itir.

Yaqut Ağaşahqızı, “İki sahil”