Bir qrup Amerika alimi yuxunun tənzimlənməsində həlledici rol oynayan “Sleepless” “yuxusuzluq geni”ni aşkar etmişdir.
Milçəklər üzərində təcrübə aparan alimlər aşkar ediblər ki, “yuxusuzluq geni” olmayan mutantlar normal milçəklərdən 85% (dişi milçəklər 80%) az yatır, bəziləri hətta tələf olurlar. Bu genin qətiyyən fəaliyyət göstərmədiyi milçəklər normal yatır, lakin uzun müddət oyaq qaldıqda isə qüvvələrini bərpa etməyə onlara xeyli az yuxu lazım gəlir. Bu, aşkara çıxarılmış ikinci yuxu genidir.
Gen xromosomu “Science” jurnalının yazdığına görə, Pensilvaniya Universitetinin mütəxəssisi Amita Seqal yuxuya nəzarətin iki əsas amildən - yuxu müddəti və ona tələbat mexanizmlərindən asılı olduğunu bildirib. “Yuxusuzluq geni” ikinci mexanizmin tərkib hissəsi olub, yuxuya, eləcə də uzun müddət oyaq qaldıqdan sonra bərpa prosesinə təsir göstərir.
Milçəklərlə insanlar təkamül baxımından bir-birindən çox fərqli olsalar da, alimlər bir çox genlərimizin uyğun gəldiyini bildirirlər və insan genlərinin necə fəaliyyət göstərdiyini öyrənmək üçün milçəklər üzərində təcrübə aparıblar. Bu tədqiqatlar əzəli “Biz nə üçün yatırıq?” sualına cavab tapmağa, habelə yuxusuzluqdan əziyyət çəkən bir çox insanların müalicəsinə kömək edə bilər.
A.Seqal və həmkarları bildiriblər ki, doyunca yatmamaq və yuxusuzluq sənaye ölkələrinin başlıca problemi olaraq qalmaqdadır. Xroniki yuxu problemləri həyatın keyfiyyətini, əmək məhsuldarlığını azaldır və ölüm hallarına gətirib çıxarır.
Roya Rasimqızı, “İki sahil”