05 iyul 2019 18:58
1476

Yaşamaq üçün ən yaxşı ölkə hansıdır?

“HSBC Holdings” bankı miqrantlar üçün ən yaxşı yaşayış və iş yerinin reytinqini tərtib edib.

“Ölkə.Az” xəbər verir ki, sözügedən siyahı artıq yayımlanıb. Məlum olub ki, 2019-cu ildə birinci yeri İsveçrə tutub. Yüksək maaş, stabil iqtisadiyyat və uşaqlar üçün yaxşı perspektiv İsveçrəni siyahıya lider edib.

İsveçrəyə miqrant kimi gələnlərin 82 faizi etiraf edib ki, bu ölkəyə gəldikdən sonra həyatları əhəmiyyətli dərəcədə yaxşılaşıb.

İkinci yerdə Sinqapurdur. Son dörd ildə isə birincilik Sinqapura məxsus olub. Üçüncü yerdə Kanadadır.

İlk onluğa İspaniya, Yeni Zelandiya, Avstraliya, Türkiyə, Almaniya, BƏƏ, Vyetnam daxildir.