Çəkisi 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələri üçün idxal gömrük rüsumu müəyyənləşib.
"İki sahil" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Belə ki, indiyə qədər çəkisi 3.500 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınıb.
Dəyişikliyə əsasən, bundan sonra 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinə gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq ediləcək.
Anar Cəfərov: Bu tədbirlər kənd təsərrüfatı şirkətləri ilə fermerlər arasında işgüzar əlaqələrin qurulmasına yönəlib
SOCAR "Bahar" və "Qum-dəniz" yataqlarında qazma işləri üzrə yeni əməkdaşlıq memorandumu imzalayıb
Cari ildə keçirilən festivallar çərçivəsində ümumi satış həcmi 8 milyon manatdan çox olub - Anar Cəfərov