Fan zonalarda uşaqlar və böyüklər üçün müxtəlif interaktiv oyunlar, cüdo kvizi, pazl yarışları, eləcə də foto və selfi guşələri təşkil olunub. Fəaliyyətlərdə iştirak edən ziyarətçilər müxtəlif hədiyyələr qazanır və onlara xüsusi hazırlanmış rəmzi cüdo pasportu təqdim edilir. Burada ölkəmizin ilk cüdo üzrə dünya çempionu Elxan Məmmədovun cüdoqisi də nümayiş olunur.
Proqram çərçivəsində tanınmış cüdoçuların azarkeşlərlə görüşləri və imza mərasimləri də keçirilir. Analoji fan zonalar “Crescent Mall”, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində də fəaliyyət göstərəcək.
Qeyd edək ki, böyüklər arasında dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar