1000-dən çox növü olan albalı iki növə bölünür: şirin və turş albalı
Albalıda antioksidantlar var
Daha öncə bəlkə bu sözü eşitmisiniz, amma mənasını bir çoxunuz bilmirsiniz. Antioksidantlar bədəndəki lazımsız molekulların oksidləşməsinə qarşı mübarizə aparır. Belə ki, orqanizmimizdə gedən oksidləşmə prosesi təbii proses olsa da, bəziləri lazımsız (ziyanlı) olur. Albalıdakı antioksidantlar sizin sağlamlığınız üçün çox xeyirlidir. Belə ki, albalıdakı antioksidantlar ağız, bağırsaq, qırtlaq və ağciyər xərçəngi kimi xəstəliklərin yaranma riskini azaldır. Alzheymer kimi ruhi xəstəliklərə qarşı da mübarizədə istifadə edilir.
İndi sizin sadaladıqlarımıza bəlkə də ehtiyacınız yoxdur, amma əvvəlcədən tədbirli olmaq heç də gec deyil. Təsəvvür edin, qarşısını almağın özü belə gözəl səslənir.
Təkcə mədənizi deyil, beynimizi də qidalandırır
Albalıda olan maddələr neyronların ölməsinin qarşısını alır və hətta beyindəki neyronların bir-biri ilə əlaqəsini gücləndirir.
Antioksidantda olan antosiyanin maddəsi iltihabla mübarizədə əvəzsiz vasitədir. Bu maddə həmçinin şüurun inkişafına səbəb olur və yaddaşı gücləndirir.
Əzələləri qüvvətləndirir
Uzun və ya qısa müddət ərzində etdiyiniz idman hərəkətlərindən sonra sizdə əzələ ağrıları yaranır və növbəti gün idmanla məşğul olmaqdan boyun qaçırırsınız. Məhz antioksidantın tərkibindəki antosiyanin maddəsinin antiiltihab təsiri nəticəsində ilk növbədə əzələ zədələnmədən qorunur və tezliklə əzələdəki ağrı aradan qalxır. Bu isə o deməkdir ki, daha az əzələ ağrısı daha çox idman hərəkəti .
Arıqlamağa kömək edir
Albalı pəhriz lifi ilə zəngindir və siz özünüzü tox hiss edirsiniz.
Yeməkdən əvvəl bir kasa albalı yemək sizi tox saxlayacaq və metabolizmi sürətləndirəcək.
Albalını siz şirniyyat əvəzi olaraq da qəbul edə bilərsiniz.
Yuxunu tənzimləyir
Melatonin ehtiva edən təbii qidaların sayı barmaqla sayılacaq dərəcədə azlıq təşkil edir. Həmin təbii qidaların siyahısında albalını da görə bilərsiniz.
Melatonin orqanizmdəki təbii hormondur, lakin bəzi vərdişlər onun orqanizmdə tənzimlənməsinə maneçilik törədir və bu da bizim yuxusuz qalmağımıza səbəb olur.
Bir kilo albalıda orta hesabla 13 nanoqram melatonin var. Bu mühüm səslənməyə bilər, lakin alimlər bunun əhəmiyyətli dərəcədə bir fərq yaratdığını təsdiq ediblər.
Yatmamışdan 30-60 dəqiqə əvvəl bir-iki fincan albalı şirəsi qəbul edin. Bu, orqanizmdəki melatoninin tənzimlənməsinə yardımçı olur. Bu da sizin təkcə yuxuya getməyinizə deyil, kifayət qədər yatmağınıza da səbəb olacaq.
thefactsite.com saytının materialları əsasında hazırladılar:
Leyla Şıxəli Bayramlı,
Fidan Əlizadə