24 iyul 2019 14:39
591

1 reklamı 975 dollara paylaşır -  İnstagramın rekordu

"Hopper" portalı "İnstaqram"da ən bahalı reklama sahib idmançıların reytinqini dərc edib.

Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronalo qərarlaşıb. Onun hesabında reklam postu 975 dollar dəyərindədir.

İkinci pillədə 722 dollarla Neymar (Braziliya, PSJ), üçüncü pillədə 648 dollarla Lionel Messi (Argentina, "Barselona") qərarlaşıb.

İlk onluqda futbolçulardan həmçinin, İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem (356 dollar, 4-cü yer), Braziliya millisinin sabiq oyunçusu Ronaldinyo (256 dollar, 6-cı), Uels yığmasının və "Real"ın hücumçusu Qaret Beyl (218 dollar, 7-ci), "Los Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç (200 dollar, 8-ci), Uruqvay millisinin və "Barselona"nın futbolçusu Luis Suares (184 dollar, 10-cu) qərarlaşıb.