Fransız ixtiraçı Franky Zapata iyul ayının 14-də öz "flyboard"ı ( uçuş taxtası ) ilə Parisin mərkəzi küçələrinin üzərində uçaraq dünya mediasının diqqətini çəkmişdi.
"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, onun ikinci cəhdi uğursuz alınıb. La-manş boğazını keçməyə çalışan ixtiraçı suya düşüb.
O, enməsi üçün nəzərdə tutulan məkanı tapa bilmədiyinə görə suya düşüb.
"Uçmağın yeni üsulunu yaratmışıq. Bizim qanadlara ehtiyacımız yoxdur. Siz quş kimi uçacaqsınız", - Franky Zapata ixtirasi ilə bağlı danışarkən söyləyib.
Qeyd edək ki, "flyboard" saatda 140 kilometr məsafə qət edir. O, yerdən 15-20 metr hündürlüyə qalxa bilir. Aparatın dizellə işləyən mühərriki bel çantası formasındadır.