25 iyul 2019 21:07
1077

Yatarkən ağıl və bədənimiz nə iş görür?

Rahat işləməyiniz və sağlamlığınızı qorumaq üçün  gərək 7-8 saat yatasınız.  Bəs siz yuxuda olarkən bədəninizin  nə iş gördüyünü bilirsinizmi?  

Orqanizmin temperaturu əhəmiyyətli dərəcədə aşağı düşür

Yatarkən  insan kalori itirdiyindən  bədənin temperaturu aşağı düşür  və melatonin hormonu artır. 

Bədən toksinlərdən  təmizlənir

Sağlam yuxu bədəni toksinlərdən  təmizləyir və zədələnmiş molekulları orqanizmdən uzaqlaşdırır.  Bu proses bədənin və beynin  canlanmağına kömək edir.  Az və ya normadan az yuxu yatmaq bu prosesin baş verməsini ləngidir.  Bu da beynin  nevroloji  cəhətdən pozulmasına  səbəb olur.

Arıqlamağa kömək edir

Gecə boyunca  rütubətli hava  və  bu zaman yaranan tərləmə  çəki itirməyinizə səbəb olur.  Yuxu zamanı bədəniniz aclıq hissi gətirən  hormonlarınızı  da tənzimləyir. Əgər hər gecə eyni vaxtda yuxu yatsanız  gecə qida qəbul etmək üçün iştahınız olmayacaq.

Boyunuz uzanır

Yatarkən beyniniz bilir. Belə ki,  bu zaman bel  diskləri boşalır və rehidratlaşma prosesi gedir. Bu zaman da insanın boyu müəyyən miqdarda uzanır.

Dəriniz cavanlaşır

Kollagen cavanlıq və sağlam dəri yaradan bir zülaldır. Yatarkən orqanizmimiz çoxlu  kollagen ifraz edir.  Bu da orqanizmdəki inkişaf hormonları hesabına başa gəlir.  Kollagen  çox olanda dərimiz daha gənc  və canlı görünür.

thefactsite.com saytının materialları əsasında hazırladılar:

Leyla Şixəli Bayramlı

Fidan Əlizadə