26 iyul 2019 20:31
2083

Heç yerdə görmədiyiniz zəhərli qidalar

Əslində biz yediyimiz qidalar haqqında daha çox məlumata malik olmalıyıq. Çox vaxt yalnız qidaların tərkibindəki yağ və ya şəkərin faizi ilə  maraqlanır? amma  onların istehlakının bizim üçün  nə qədər zərərli və ya hətta ölümcül olmasına fikir vermirik. Amma bir çox qidalar var ki sadə mədə ağrısı ilə başlayıb ölümcül xəstəliyə qədər  gətirib çıxarır.

Həmin qidalarla tanış olaq :

Fuqu

Bu tikanlı balıq dünyanın ən zəhərli qidası hesab edilir. Yaponiyada  bu qida zərif dada malik qida hesab edilsə də, bu qida insanları iflic və hava çatışmazlığı ilə qarşı-qarşıya qoya bilər. Fuqunun insanda  ölüm riski  yaradan  onun orqanlarında xüsusən də qaraciyərində aşkar olunan neyrotoksin( sinir sistemini pozan zəhər)  maddəsidir ki , bu da el arasında  tetrodoksin olaraq tanınır.  Amma yapon qaydalarına görə , yalnız  xüsusi lisenziyaya sahib olan və bu sahədə 3 il iş təcrübəsi olan aşpazlara fuqunu bişirmək icazəsi verilir.  Yaponiyada  tanınmış və seçilən aşpazlar  fuqunu bişirərkən onu zəhərli edən tetrodoksin maddəsini az da olsa üstündə saxlayırlar. Bunu səbəb sözügedən maddənin dili büzüşdürməsidir.  Çox vaxt  fuqudan qidalarından  Qərbdən gələnlər və ya adrenalin axtaranlar  istifadə edirlər.  Lakin  fuqudan yeyib amma ölmək istəmirsinizsə bu zaman Yaponiyanın Şimonoseki şəhərindəki restoranda yeyin, çünki bu şəhərdə hələ ki,  fuqu yeyib  zəhərlənən olmayıb. 

Öküz qurbağası

Namibiyanın nəhəng öküz qurbağası və ya (Pyxicephalus adspersus)  orada ən dadlı yeməklərdən biridir.  Xüsusilə Ovambo xalqı tərəfindən bayramlarda tez -tez bişirilir.  Bu qurbağaların daha  çox balalarında Oshiketakata adlanan zəhərli toksin aşkar olunur . Öküz qurbağasını “Üçüncü yağış”dan , həddən artıq quruldadıqdan  və çoxlu nəsil verdikdən sonra yemək təhlükəsiz hesab olunur.  Tərkibindəki zəhərli toksinlər ağrılı sidik ifrazına,böyrək agrılarına  və hətta ölümə səbəb olur.  25 sm ölçü ilə bu  qurbağa Namibiyanın ən böyük qurbağalarından biri hesab olunur və hər şey -siçovuldan tutmuş  sürünənlərə  hətta digər qurbağalara qədər hər şey yeyir.

Factsite saytının materialları əsasında hazırladılar:

Leyla Şıxəli Bayramlı

Fidan Əlizadə