31 iyul 2019 15:57
898

Bəzi rayonların təbii qaz təchizatı bərpa olunub

Qaz İxrac İdarəsinin balansında olan magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar iyulun 30-dan tətbiq olunan məhdudiyyətlər bərpa edilib. Təbii qaz təchizatı Bərdə, Tərtər, Ağdam və Yevlax rayonlarının bir neçə yaşayış məntəqəsində dayandırılmışdı.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.