31 iyul 2019 20:00
1557

Su içməyin faydaları

Hamı bilir ki,  su içmək sağlamlığa  çox xeyirlidir.  Bəzi sərinləşdirici içkilərdən fərqli olaraq suyun tərkibində kalori  və şəkər yoxdur. 

Bədənimizin suya olan tələbatı bitməsin deyə daim su içmək lazımdır. 

Artıq çəkidən qurtulmaqdan  başlayaraq  infeksiya və  digər xəstəliklərlə mübarizədə suyun rolu əvəzsizdir.  Sağlam olmaq və inkişaf etmək üçün suya həmişə ehtiyacımız var.

Su dərimizi təmizləyir

Su dərimizi  qırışlardan və sızanaqlardan  qoruyur . Eyni zamanda, bədəni ziyanlı toksinlərdən azad edərək daha da gəncləşdirir. Tez -tez su içsəniz  dəriniz daha təravətli görünəcək və arzuolunmaz quru dəridən canınız qurtulacaq. 

Su arıqlamağa kömək edir

İnsanlar adətən aclıqla susuzluğu qarışdırırlar  və tez -tez qida qəbul edirlər və bu da onlarda  çəki artımına səbəb olur.

Orqanizm susuz olarkən piy hüceyrələri daha gec parçalanır.

Yeməkdən 30 dəqiqə əvvəl maye qəbul etsəniz orqanizminizdəki  piy hüceyrələri daha  tez parçalanacaq.

Su içmək infeksiyalarla mübarizədə sizə yardımçı olur

Su içməyə davam etsəniz  bir çox xəstəliklərlə mübarizə apara bilərsiniz. Belə ki, su  immun sistemini  gücləndirir və sizi infeksiyalardan qoruyur.

Su içməklə siz  böyrək və sidik kisəsi infeksiyalarından qorunmuş olarsınız.

Çox maye qəbul edən insanlar nəfəs  problemlərindən və öskürəkdən uzaq olurlar.

Su içməklə enerjinizi artırın

Bədənimizin  75%-i  sudur.  Bu, o deməkdir ki, maye qəbul etməsək   orqanizmimiz tez bir zamanda susuz qala bilər . 

Su içmək fikrimizi rahat cəmləşdirməyimizə  və gün ərzində enerjimizi artırmağa kömək edir. 

Mütəmadi olaraq su içmək baş ağrısının qarşısını alır

Susuzluq insanda bir çox problemlər yaradır.  Məsələn, baş ağrısı, ürək bulanması, ağızda quruluq  və baş gicəllənmə.

Əgər bu simptomlardan biri sizdə varsa, dərman əvəzinə 1 stəkan su içməklə  bu problemi aradan qaldıra bilərsiniz.

Bədən susuz qalmasın deyə həkimlər gün ərzində 2-3 litr su içməyi tövsiyə edirlər. 

Çoxlu su içmək sağlam ürək deməkdir

Bilirsinizmi qanımızın  83%-i sudan ibarətdir?

Bu, o deməkdir ki, az su içmək qanı qatılaşdırır. Bu da qan dövranını çətinləşdirir və ürəyinizdə gərginlik artır. 

Su bədənin temperaturunu tənzimləyir

Su bədəninizi düzgün və lazimi  bir temperaturda saxlamaq üçün ən yaxşı vasitədir. Bədənimiz lazimi temperaturda qalmasa  tez -tez xəstəliklərə yoluxa bilərik.

thefactsite.com saytının materiallarının əsasında hazırladılar:

Leyla Şıxəli Bayramlı

Fidan Əlizadə