01 avqust 2019 16:49
1232

Ən sağlam qida

Çia toxumları bütün dünyada çox böyük populyarlıq qazanıb və «superfud» (super-məhsul) sayılır. Çia Amerikada bitən bir bitkinin toxumlarıdır.

Çianın heyranedici faydaları tibbdə də təsdiq olunub. Çianın kimyəvi tərkibi olduqca zəngindir. Sizə yalnız 2 misal çəkək. Belə ki, çiada kalsium süddən daha çoxdur. Omeqa-3 və antioksidant maddələrə görə çia qoz və fındıqdan daha zəngin sayılır. 

Bu toxumların xüsusi dadı və ya qoxusu yoxdur və onları istənilən salatlara, hazır yeməklərə əlavə etmək olar. 

Arıqlamağa yardım edir
Böyük Britaniya alimləri sübut ediblər ki, çia toxumları metabolizm sisteminə kömək edir, kalorilərin yandırılması və piylərin parçalanması proseslərini sürətləndirir. 

Xolesterini aşağı salır 
Omeqa-3 yağlı turşularla zəngin olan çia toxumları xolesterinin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərinin, infarkt və insultun riskini azaldır. 

Şəkərin səviyyəsini aşağı salır 

Qəbizlik zamanı faydalıdır
Bağırsaqların hərəkətliliyini artıraraq qəbizliklə mübarizə aparmağa kömək edir. 

Sümükləri möhkəmləndirir 
Kalsiumla zəngin olan çia toxumları sümüklər üçün ən faydalı məhsullardan biri sayılır. İnsana gümrahlıq bəhş edir. Qədim mənbələrə əsasən, hələ qədim astek sülalələri çia toxumlarından əsgərlərin dözümlülüyü və fəallığını artırmaq üçün istifadə edirdilər. 

Süd vəzi xərçəngi ilə mübarizə aparır 
Alfa-linol turşusu ilə zəngin olan çia toxumları süd vəzi xərçənginin riskini azaldır və həmçinin süd vəzi xərçənginin inkişafını ləngidir.