13 avqust 2019 15:47
913

FHN: “Binə” ticarət mərkəzində baş verən yanğın söndürülüb

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 40 kvadratmetr olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.