Gələn il Rusiyanın Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi Azərbaycana bir sıra biznes missiyalar göndərməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu qurumun rəhbəri Vasili Kozlov deyib.
Onun sözlərinə görə, söhbət ayrı-ayrı sahələr üzrə biznes missiyalardan gedir:
“Missiyaların tərkibində kimya sənayesi, informasiya texnologiyaları və digər sahələrin nümayəndələri olacaq. Eyni zamanda, Sverdlovsk vilayəti müxtəlif istehsal sahələri üzrə yüksək texnoloji əməliyyatlar üçün Azərbaycandan mütəxəssisləri cəlb etməyə hazırdır”.
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib