25 sentyabr 2019 10:26
2044

İlk dəfə keçirilən əkizlər festivalı maraqla qarşılanıb

Yunanıstanda ölkə tarixində ilk dəfə olaraq əkiz insanların festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Trikala şəhərində reallaşan tədbirə bütün ölkədən əkizlər toplaşıb. 250-dək əkizin qatladığı festivalda müxtəlif oyunlar, yarışmalar, bədii proqramlar təşkil olunub.

Qeyd edək ki, dünyada ən böyük əkiz festivalı ABŞ-ın Ohayo ştatında keçirilir. Adətən bu festivallar avqustun əvvəlində Beynəlxalq Əkizlər Günü ərəfəsində təşkil edilir. Belə tədbirlər, həmçinin Fransa, İtaliya, İngiltərə və İrlandiyada da çox populyardır.