Cənubi Afrika səyahətinə çıxan Megan Markl və şəhzadə Harri, orada tarixi məscidi ziyarət ediblər.
''Ölkə.Az'' xəbər verir ki, uzun, yaşıl paltar geyinən Markl məscidə girərkən başına hicab bağlayıb.
Qeyd edək ki, cütlük məsciddə 15-18 yaş arası gənclərlə görüşüblər. Onların eyni zamanda fərqli dinlərə, inanclara hörmətlə yanaşması üçün çalışacaqlarını bildiriblər.