01 oktyabr 2019 16:35
1397

Antarktidada 315 milyard tonluq buz parçası qopdu və...

Antarktidanın şimal-şərqindəki Ameri buzlaq sahəsində 315 milyard tonluq aysberq qitədən qopub.

Publika.az xəbər verir ki, bu barədə BBC informasiya yayıb.

Xəbərə görə, "D28" adı verilən 1636 kub/kilometr həcmində və 210 metr qalınlığı olan aysberq 1960-cı ildən sonra Ameridən qopan ən böyük buz parçasıdır.

Qlobal iqlim dəyişikliyinə ciddi təsiri olmasa da, buz parçası gəmiçilik üçün risk yaratdığına görə peyk nəzarətinə götürülüb.