07 oktyabr 2019 14:23
2897

“Youtube"da 100 milyon baxış toplayan ilk Azərbaycan mahnısı - VİDEO

Müğənni Üzeyir Mehdizadə rekorda imza atıb.

"İki sahil" Axşam.az-a istinadən bildirir ki, onun "Yaxşı olar" adlı klipi "Youtube" video portalında 100 milyon izlənmə sayı toplayan ilk Azərbaycan mahnısı olub.

İfaçının klipi hostinqə ötən ilin iyununda yüklənib. O, bu baxış sayını 15 ay müddətində toplayıb.