Müğənni Nərmin Kərimbəyova Türkiyəyə tətilə yollanıb.
“İki sahil” xəbər verir ki, sənətçi səfərini qızı Dilarə ilə birgə planlayıb. Nərmin istirahətindən olan şəkillərini sosial media hesabında sevənləri ilə bölüşüb.
Amma ifaçının bu gəzintisi unudulmaz anlarla yadda qalıb. Belə ki, Kərimbəyovanın qızının başına iş gəlib.
Onun qızı içəcəklər üçün anasından ayrılıb, bu zaman Ankarada onlarla eyni məkana istirahətə gələn Səbirə adlı qadın hovuza daxil olarkən, səhv yerdən düşdüyü üçün boğulmağa başlayıb. Həmin an heç bir hovuz mühafizəsi yaxınlıqda olmayıb. Dilarə özünü suya atıb və qadının həyatını xilas edib.
Səbirə balacanın bu cəsarətinə görə ona xeyir-dua verib, təşəkkürünü bildirib.
Qeyd edək ki, Nərmin Kərimbəyovanın qızı peşəkar üzgüçülük və rəssamlıqla məşğuldur.
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimatı olub
Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib