“TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və təbii ehtiyatların qorunması məqsədilə 1000 layihə dəstəklənib”.
Bunu Türkiyənin İstanbul şəhərində keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O, bildirib ki, bunun üçün üç müxtəlif maliyyə mexanizmi tətbiq edilib: “Birbaşa qrant, birbaşa və proqram töhfə vəsaitləri ilə ümumilikdə 20 şəhər, 67 qəsəbə və 600 kənddə 1000 layihə həyata keçirilib”.
Saltuk Düzyol deyib ki, bundan əlavə, turizm sahəsində xidmət diversifikasiyasına, kənd yerlərində səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə, məktəb, kitabxana, idman kompleksləri və ümumi sosial obyektlərin təkmilləşdirilməsinə və digər məsələlərə dəstək göstərilib.
Orxan Vahidoğlu,
Türkiyə
“İki sahil”
Rumıniya rəsmisi: Mənzil məsələsi sürətlə böyüyən şəhərlərdə ən mühüm çağırışlardan biridir
WUF13-ün iştirakçısı: Bu tədbir davamlı şəhərsalma ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır
WUF13 çərçivəsində dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunur