"Metronun «28 May» stansiyasının önündə keçirilən mitinqə cəhdin qarşısı alınarkən polis tərəfindən saxlanılmış həmin qanunsuz aksiyanın iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub".
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumatda bildirilir.
"O, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb. Əli Kərimli Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib və izahatı alındıqdan sonra buraxılıb", - deyə xəbərdə qeyd edilir.
Vüqar Rəhimzadə: Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib
Hikmət Hacıyev "AnewZ"un Gəncənin ispan aviatorları haqqında hazırladığı sənədli filmi paylaşıb
BMT-də Azərbaycanın iqlim və şəhərsalma gündəlikləri ilə bağlı təcrübəsi qabardılıb