Artıq şəxsi avtomobilin olması lüks həyat tərzi sayılmır. Biz ona sadəcə bir nəqliyyat vasitəsi kimi baxırıq və hər bir ölkənin fərqli yol hərəkəti qaydaları var. Bu gün sizə ən maraqlı yol hərəkəti qaydalarından danışacağıq
Danimarka
Danimarkada siz heç vaxt maşını tam yoxlamamış yola çıxa bilməzsiniz. İnanılmaz qanunlardan biri də odur ki, siz maşının alt hissəsini də tam yoxlamalısınız. Bu səbəbdən də sözügedən ölkədə yol qəzaları nadir hallarda baş verir.
Tailand
Tailandda yol polisi köynəksiz maşın idarə edən insanları saxlaya bilər, açıq -saçıq geyinən qadın sürücülər isə hətta burada həbs oluna bilər.
Meksika
Meksika bəlkə yeqanə ölkədir ki, burada qadınlara sükan arxasında makiyaj etmək qadağası qoyulub. Hətta bu ölkədə sükan arxasında olarkən güzgüyə çox baxmaq belə tövsiyə olunmur.
ABŞ
Amerika Birləşmiş Ştatlarında qanunların bəziləri aktuallığını artıq itirib, bəziləri isə hal hazırda fəal qanunlar sırasındadır. Alabama ştatında maraqlı səslənsədə, məntiqli bir qanun var . Qanuna əsasən sükanın arxasına ayaqyalın oturmaq olmaz.Bu qanun, baş verən dəhşətli yol qəzasından sonra qəbul edilib. Belə ki, bir sürücü tormozu vaxtında basa bilmədiyinə görə qəza törədib, səbəb isə pedalın isti olması olub. Pensilvaniya ştatında isə maşınla heyvanları qorxutmaq olmaz.
Flippin
Flippinlilər tıxaclarla çox mübarizə aparırlar.
Bu ölkədə yalnız bazar günü bütün nömrəli maşınları yolda hərəkət edə bilən görə bilərsiniz, lakin həftənin digər günləri isə rəqəm məhdudiyyəti qoyulur.
Avstriya
Avstriyada qəribə bir qanun var. Bu qanuna əsasən maşında videoqeydiyyatçıdan istifadə etmək qadağandır. Belə ki, bu qurğu insanların şəxsi həyatına əngəl törədə bilər.
Billion.news saytının məlumatları əsasında hazırladı:
Samirə Tağıyeva