Gündəlik həyatımızda daxili enerjimizi oğurlayan insanlarla qarşılaşırıq. Amma bunun hansı səbəbdən və necə baş verməsi haqda, eləcə də enerji vampirləri ilə mübarizə üsulları barədə heç bir məlumatımız yoxdur. Dünyaca tanınmış bionerji terapevti Lyudmila Morvina həyat enerjisi haqqında vacib tövsiyələr verib.
Onun sözlərinə görə insan sadəcə fiziki varlıq deyil, həm də tükənməyən bir enerji mənbəyidir.
İnsanların orqanizmində hər zaman, hətta yatdığı və ya səssiz olduğu vaxtlarda da enerji mübadiləsi baş verir. Başqasının enerjisini alan insanlara “energetik vampir”lər deyirlər. Əgər hər hansı insan ilə münasibət qurmaq sizin üçün asan və xoşdursa, onunla eyni anda susa bilirsinizsə, deməli, enerji mübadiləniz qaydasında gedir, siz bir-birinizi mənəvi baxımdan qidalandırırsınız. Odur ki, bundan hər ikiniz yararlanırsınız. Əgər siz qıcıq, təşviş, hətta qəfil ağrı və ya gücünüzün birdən-birə yox olduğunu hiss edirsinizsə, deməli, o adam sizin üçün enerji oğrusudur.
İctimai nəqliyyatdan istifadə etmək də insan enerjisinin tükənməsinə səbəb ola bilər. Biz hər səhər hirsini başqalarının üstünə tökməyə hazır olan sərnişinlərlə rastlaşırıq. Bəzən “enerji vampiri”ni siz daha yaxınınızda görə bilərsiniz.Belə hallar insanların bir -birinə uyğun olmadığı zamanlarda baş verir.
Sakit, nikbin insanların bionerji sahəsində adətən tarazlıq hökm sürür. Belə enerji sahəsini pozmaq çətindir. Resept sadədir: sizi qəzəbləndirməyə çalışan insanlardan uzaq durmalısınız,çünki hirsləndiyiniz zaman siz emosiyalarınızla bərabər enerjinizin də böyük hissəsini itirirsiniz.
Daimi enerji çatışmazlığını doldurmaq üçün köhnə, lakin illərin sınağından keçən yolları sınayın. Məsələn,ev heyvanı almaq və ya evinizi çiçəklərlə bəzəmək çox effektlidir.Dostlarla ünsiyyətə yatırılan enerji də adətən heç itmir. Bənzər fikirli insanlar bir-birlərini sakitləşdirir və tamamlayır.Sevginizi insanlarla daim paylaşın,çünki nə qədər çox insanlara sevgi versəniz , bir o qədər sevgi və daha çox qazanc eldə edə bilərsiz.
Billion.news saytının materialları əsasında hazırladı:
Samirə Tağıyeva