Zərgərlik məmulatlarının sərgi-satış salonundan həcmi 50 karat, dəyəri 1,8 milyon dollar olan brilyant oğurlanıb.
“Ölkə.Az” “kyodo”ya istinadən xəbər verir ki, hadisə Yaponiyanın Yokohama şəhərində baş verib.
Oktyabrın 24-də sərginin bağlanması zamanı orada iştirak edənlərdən biri görüb ki, şüşə altındakı 50 karatlıq və dəyəri 1,8 milyon dollar brliyant zərgərlik məmulatı yoxdur.
İştirakçı brilyant məmulatı itməsini müəyyən etməmişdən bir saat öncə gördüyünü deyib. Brilyant itən zaman şüşə stend açıq olub. Brilyantdan başqa heç nə itməyib.
Videomüşahidə zamanı brilyant itən stendin qarşısında yaşlı bir kişi və onun ətrafında bir neçə qadının sıx dayandığını görüblər. Hələlik həmin şəxslərin oğurluq hadisəsində əli olub-olmaması dəqiqləşdirilməyib. Polis araşdırma aparır.