İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasının yekun sənədində Azərbaycanın maraqlarına uyğun iki maddənin salınmasının bu günə təsadüf etməsi xüsusilə önəmlidir. Çünki bu gün Azərbaycanın Dövlət Bayrağı Günüdür. Azərbaycanın bu gözəl bayram münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Bu bayraq heç zaman enməyəcəkdir.
Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İƏT-in Nazirlər Şurasının Antalyada keçirilən 24-cü iclasının yekunlarını AZƏRTAC-a şərh edərkən söyləyib.
Nazir diqqətə çatdırıb ki, bugünkü iclasın yekun sənədində Ermənistanın bölgədə iqtisadi inkişafa maneə törətməsi, xüsusilə də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə regionun iqtisadi potensialının azalmasına səbəb olması barədə iki bənd var. Türkiyə bundan sonra da beynəlxalq səviyyədə Azərbaycanın haqq işini müdafiə edəcəkdir.
Mehriban Əliyeva Prezident İlham Əliyevin Davosda panel iclasda iştirakı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Prezident “BlackRock”un baş icraçı direktorunu və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb