Lacostedən bir əşyanız olmasa belə, bu məşhur yaşıl timsahın həkk olunduğu brenddən yəqin ki, xəbəriniz var. Dünyada çoxlu “Lacoste” sevərlər var. Əgər onlardan birisinizsə , bu məlumatları diqqətlə oxuyun.
“Lacoste” ilk dəfə 1933-cü ildə Fransanın Troyes şəhərində Rene Lakoste tərəfindən yaradılıb.
Yaradıcısı Rene Lakoste tennis ustası olub və o bu brendi trikotaj şirkətinin rəhbəri Andre Jilye ilə birlikdə yaradıb.
İlk öncə bu brendin adı “La Chemise Lacoste” adlansa da, sonradan qısa şəkildə - “Lacoste” olaraq tanınıb.
Bəzi insanlar Rene Lakostenin tennis meydanındakı əzmkarlığına və qətiyyətinə görə “timsah” ləqəbinə sahib olduğu üçün geyimlərində timsah simvolundan istifadəsinə inanırlar. Ancaq başqa bir tarixi mənbə Rene Lakostenin mərcdə qalib gəldikdən sonra bu ləqəbi aldığı deyilir. Mərcə görə, Rene amerikalılara qarşı xüsusi bir tennis matçında qalib gəlməli idi.
1929-cu ildə - şirkətin rəsmi olaraq yaradılmasından əvvəl Lakoste özü üçün üzərində yaşıl timsah şəkli olan ağ rəngli tennis köynəyi hazırlayır. Bu gün bu qısaqol ağ rəngli tennis köynəyi şirkətin ilk məhsulu hesab olunur.
2000-ci ilin əvvəllərindən artıq “Lacoste” həvəskarları brendə məxsus, ayaqqabılar, günəş eynəkləri, saatlar da almağa başlayıblar.
1951-ci ildə “Lacoste” köynəkləri müxtəlif rənglərdə təqdim olunmağa başladı, həmin məşhur loqo müxtəlif rəngli köynəklərdə öz əksini tapdı və bir il sonra isə firmanın qısaqollu köynək nümunələri “Proffesional idmançıların simvolu” olaraq ABŞ-a göndərilirdi.
1963-cü ildə şirkətin idarə edilməsi Renenin oğlu Bernard Lakostenin öhdəliyinə keçir. Məhz bundan sonra timsah loqosu bir çox idman məhsullarının, parfumeriya qablarının, eynək, çanta, saat, ayaqqabı və digər aksesuarların üzərini bəzəyir.
Bernardın dövründə “Lacoste” daha da güclənir və brend gün ərzində təxminən 300.000 əşyasını satır.
1970-ci illərdə “Lacoste” bir çox ölkələrdə hökm sürən dəb üslubu kimi məşhurluq qazanır. Həmin vaxtlar qısaqollu köynəklər dəbli amerikanların əsas simvolu hesab olunurdu. Amerikalılar “Lacoste”yə məxsus sport köynəklər almağa can atırdılar.
2005-ci ildə markanın çeşidləri dünyanın 110 müxtəlif ölkəsində satışa çıxarılır.
XXI əsrin əvvəlləri “Lacoste” və oxşar loqoya sahib “Crocodile Garments” şirkətləri arasında soyuq müharibə başlayır. Belə ki, “Lacoste”yə məxsus loqonun üzərində üzünü saga tərəf çevirən yaşıl rəngli timsah, “Crocodile Garments”ə məxsus loqonun üzərində isə üzünü sola tərəf çevirən qəhvəyi rəngli timsah var.
Bu illər ərzində “Lacoste” şirkəti ilə daha çox tanınmağa müvəffəq olan bir neçə yüksək səviyyəli tennisçi ilə müqavilələr bağlayır. Məşhur simalara Andrew Roddick, Rich Gasquet və Stanislas Wawrinka daxildir.
Bernard Lakoste 2006-cı ildə dünyasını dəyişir və şirkət balaca qardaşı Mişel Lakostenin öhdəliyinə keçir.
2007-ci ildə yeni rəhbərliyi ilə birlikdə “Lacoste”nin veb saytı hazırlanır ki, bu da insanların sevdikləri köynəkləri, ətirləri və ayaqqabıları mağazaya getmədən almağa kömək edir.
factsite.com saytının materialları əsasında hazırladı:
Leyla Şıxəli Bayramlı, “İki sahil”