18 dekabr 2019 20:39
665

2019-cu ilin “Ginnesin Rekordlar Kitabına düşən ən maraqlı anları

İnsanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri umumiləşdirən kitab “ Ginnesin Rekordlar Kitabı” adlanır. 1955-ci ildə İrlandiyanın “Ginnes” pivə zavodunun sifarişi ilə nəşr olan bu “rekordlar kitabı” bu günə qədər öz aktuallığını qoruyur.

“Ginnesin Rekordlar Kitabı”nın 2019-cu ilə aid nəşri maraqlı və rəngarəng hadisələrlə doludur.

Ən yaşlı cütlük

Bu il may ayının 17-də Yaponiyada yaşayan Miyako Sonoda və Masao Matsumoto dünyanın ən yaşlı evli cütlüyü adını alıblar. Cütlüyün ümumi yaşı 210-dur, ailə həyatını isə 81 il bundan qabaq qurublar. “Ginnesin Rekordlar Kitabı”na adları düşdüyü gün Masako Matsumoto ölür, həmim gün onun 108 yaşı tamam olur.

Dünyada ən çox döyməsi olan adam

2010-cu dünyanın ən çox pirsinqi olan insanı Rolf Buxolts seçilmişdir , 2019-cu ildə isə bu insan dünyanın ən çox döyməsi olan şəxsi olub. Onun 516 döyməsi var.

Dünyanın ən yaşlı canlısı

187 yaşı olan tısbağa Conatan yer kürəsində yaşayan ən tanınmış və yaşlı canlı adını qazanıb. Tısbağa Conatan ömründə bir çox şey gördü. 1832-ci ildə doğulan tısbağa hər iki Dünya müharibəsini, Eyfel Gülləsinin tamamlanmasını və təyyarə ilə ilk uçuşunu görüb. 2019-cu ilin fevral ayında Conatanın adı “ Ginnesin Rekordlar Kitabı”na düşüb.

Ən çox top fırladan adam

ABŞ-da yaşayan A.Rendal hərəkət edən maşının üstündə ayaqqabının altı ilə 93 saniyə top fırlatmağına görə, onun adı “Ginnesin Rekordlar Kitabı”na daxil olub.

Dünyanın ən uzun əriştəsi

Yaponiyalı aşpaz Hirosi Kuroda dünyanın ən uzun yumurta əriştəsini düzəldib. Bu qeyri-adi əriştənin uzunluğu 182 metrdir. Onun uzunluğu hətta Vaşinqton Abidəsinin hündürlüyündən belə çoxdur. “Ginnesin Rekordlar Kitab”ında olan qeydlərə görə, Hirosi Kuroda əriştəni heç kəsin köməyi olmadan əlləri ilə hazırlayıb və onun cırılmaması üçün onu günəbaxan yağı ilə isladaraq, bərkiməsi üçün buz dolabına qoyub.

Dünyanın ən yaşlı akrobatı

Dünyanın ən yaşlı akrobatı adına bu il 85 yaşı olan Betti Qoudhard qazanıb.

Dünyanın plastik samanından düzəldilən ən böyük heykəli

Vyetnamın Ho Chi Minh şəhərində keçirilən sərgidə heyrətamiz bir sənət əsəri insanların diqqətini cəlb etdi. Bu qəribə qurğunu yaradan kanadalı rəssam Von Vonqdu.Onun yaranması üçün 168 037 dənə saman çöpləri istifadə etmiş rəssam, bu çöpləri Vyetnamda zibil yığan məşhur kompaniya olan “Starbucks”dan götürmüşdü. İnanılmaz qurğunun hündürlüyü 3 metr idi. 2019-cu ilin yanvar ayında samandan hazırlanan bu əsər “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.

Samirə Tağıyeva, “İki sahil”