Milad və Yeni il üçün uşaqlar və hətta böyüklərin belə səbirsizliklə gözlədikləriqonaqlardan biri əlbəttə Şaxta babadır. O, bayram günü hədiyyələri yalnız ailəsinə və dostlarına deyil, Yer kürəsindəki bütün insanlara hədiyyə etməyi bacaran yeganə simvoldur. Demək olar ki, dünyanın hər ölkəsi Yeni ili gözləyir. Uşaqlar Şaxta babaya məktublar yazır və böyüklər uzun illərdir onun rolunu oynayır, hətta yetkin olmalarına baxmayaraq gizli olaraq Yeni il möcüzəsinə inanmağa davam edirlər.
Yəqin ki, dünyada heç bir personajın (xarakterin) Şaxta baba qədər müxtəlif adları yoxdur.Hər ölkədə Santa Clausun unikal bir milli adı və demək olar ki, hər bir ölkənin özünəməxsus Yeni il xarakteri var, o, hədiyyələr gətirir və yaramaz uşaqları bir növ cəzalandırır. Onlar bir çox qədim mif, əfsanə və folklorla ecazkar tarixə sahibdirlər. Araşdırmamız sayəsində bu gün sizə bir-neçəsi barədə maraqlı məlumatlar təqdim etmək istədik.
Rusiya - Şaxta baba. Ded Moroz. O, uzun ağ saqqalı, qırmızı palto və hədiyyə dolu çantası olan hündür bir qoca olaraq təsvir edilir. Lakin əvvəllər qədim slavyanlar onu uzun boz saqqalı olan, qısa, əyilmiş qoca kimi təqdim edirdilər. İnanclara görə o, meşələri və tarlaları gəzir, şiddətli bir qışdan şikayət edənləri sevmir və sevinənləri isə, əksinə, canlılıq və sağlamlıqla mükafatlandırırdı. Günümüzə qədər qalan Santa Klaus obrazını XX əsrin 30-cu illərinin ortalarında sovet rejissorları yaratmışdılar.
Almaniya - Santa Nicolaus və Weinachtsman. Onlarda Santa Nicolaus Milad vaxtı gəlmir, yalnız 6 dekabr Müqəddəs Nikolay günü və xidmətçisi Ruprecht ilə birlikdə il boyu özünü yaxşı aparmış uşaqlara hədiyyələr verir. Ancaq Milad günü, Şaxta babamıza çox bənzəyən Vainakhtsman, uşaqların yanına gəlir onları müxtəlif hədiyyələrlə sevindirir. Almaniyada bu bayramı daha çox ailə üzvlərilə birlikdə qeyd etmək adətdir.
Çin - Dong Che Lao Ren və ya Sho Hin. Çində Yeni il üçün “İşıq ağacları” bəzəmək adətdir. Onlar çiçəklər, fənərlər həmçinin çələnglərlə bəzədilir və Dong Che Lao Ren (Milad baba) bayram hədiyyələrini adətlərinə uyğun divardan asdıqları corablara yerləşdirir.
Yaponiya - Oji-san və ya Hoteisho. İnanclarına əsasən Hoteisho hər şeyi görən, başının arxasında gözləri olan Allah, Yeni ilin əsas simvoludur. Bütün insanlar ona ibadət edir və Yeni ildə xoşbəxtlik və uğurlar diləyirlər. Oji-san Şaxta babaya bənzəyir və Hoteishodan fərqli olaraq uşaqlara hədiyyələr verir, buna görə daha çox sevilir. Qeyd etmək lazımdır ki, bu Milad sehrbazı avropalı həmkarlarından xeyli fərqlənir və qırmızı palto yerinə əsasən yaşıl kimono geyinməyi üstün tutur.
Fransa - Per Noel. Demək olar ki, Per Noel Miladın atası kimi tərcümə olunur. Yaşlı baba Schaland ilə birlikdə gəlir. Per Noel, onun yolunu gözləyən uşaqlara hədiyyələr verir, bu zaman uşaqlar onun gəlişinin şərəfinə mahnı oxumalıdırlar. Fransada Milad çox ailəvi tətil sayılmır və əksər insanlar bunu klublarda, restoranlarda, yüksək səsli musiqi olan məkanlarda qeyd etməyi üstün tuturlar.
Birləşmiş Krallıq - Miladın atası (Father Christmas). İngiltərədə şənlik süfrəsinə toplaşmadan əvvəl bütün ailə kilsədə iştirak edir. Uşaqlar burada Milad bayramı üçün hədiyyə sifariş edirlər. İstək siyahısı hazırlanır və ocaqda yandırılır, inanca görə bacadan çıxan tüstü bu yolla arzulanan ünvana çatır. Miladdan sonrakı ikinci gündə isə Müqəddəs Stefan Günü qeyd olunur. Həmin gün bağış qutularını açıb ehtiyacı olanlara verirlər.
ABŞ - Şaxta baba. Bu xarakter Amerika filmlərindən hamıya tanışdır. Amerikanlar Miladda Şam ağacını bəzəyir, hinduşka bişirir və yumurta- şərab (egg-nog) kokteyli içirlər. Və ən əsas yemək üçün Santa Clausa bir stəkan süd və peçenye buraxmağı unutmurlar. Adətə görə uşaq pis davranarsa ona hədiyyə əvəzinə bir parça kömür verilir. Müasir dövrlərə kimi gəlib çatmış ilk Şaxta baba obrazı rəssam Handom Simblom sayəsində 1931-ci ildə meydana gəlib.
İtaliya - Babbo Natale və Befana pərisi. O, ABŞ-dan olan Santa Clausu çox xatırladır. Baca vasitəsilə evə daxil olur və ABŞ-da olduğu kimi, yeyə bilməsi üçün ona süd və şirniyyat buraxmaq adətdir.
Finlandiya - Yolupukki. Əfsanələrə görə Finlandiya (Laplandiya) Santa Clausun doğulduğu yerdir. Santaya məxsus olan kənddə o, həyat yoldaşı Maura xala ilə yaşayır .Bu gün Santa Claus kəndi mühüm beynəlxalq turizm mərkəzinə çevrilmiş Rovanieminin ən görməli yerlərindən biridir.
Samirə İsmayılova