PAPAYA
Cənubi Amerikanın məşhur papayalarının dadını təsvir etmək çətindir. Çünki şəkərsiz,bəlkə də ən dadsız meyvədir ... Ancaq araşdırmalar göstərir ki, ən yüksək vitamin( A və C) dəyəri olan tropik meyvələr arasındadır. Yağ yandırma xüsusiyyətinə görə, çəki itirmək istəyən insanlara kömək etməsinə baxmayaraq, uzun müddətli tükətimdə tərkibində olan yüksək beta karotin səbəbindən diyetlərə daxil edilmir .
JACKFRUİT
İnanmaq çətindir, amma bu meyvə 25 metr uzunluğunda bir ağacdan toplanır. Hindistanın sərhədlərində tapılan bu fövqəladə meyvənin qoxusu bir az ağır ola bilər, amma dadı baxımından tam əksini demək mümkündür. Banan və üzüm qarışığının ləzzətini damağınızda hiss etmək istəsəz ,bu tropik meyvə üçün Hindistana yollana bilərsiniz.
MANGO
Tailandın tropik meyvələr baxımından rəqibi yoxdur. Mango bunlardan yalnız biridir. İsti bir iqlim, sərin bir içki fanatısınızsa,buzlu mango suyunun unikal qarışıqlarını sınaya bilərsiniz.Daha şirin sevirsinizsə, Tailandın hər küncündə toz şəkər ilə püre halına salınan mango desertininin dadına baxmalısınız.
KOKOS
Meyvələrin ən sərt olanı...İçindəki möhtəşəm suya çatmaq üçün bir az səy göstərməli olsanız da, kiçik bir savaşın sonunda sizi böyük bir mükafat gözləyir. Yalnız suyu deyil, həm də qabığını qurudub rəndələsəz, mağazadan aldığınızdan daha ləzzətli və təbii quru meyvə əldə edə biləcəksiniz ...
ANANAS
Bir gün Cənubi Afrikaya üz tutsanız, sərgüzəştli bir safari turundan sonra soyuq bir ananas suyunun dadına mütləq baxmaq lazımdır. “Ananasın ölkə sərhədlərinə gəlişi xeyli müddətdir , o qədər məsafə qət etmək nəyə gərək” düşünəcəksiz. Ancaq isti bir coğrafiyada hazırlanan təamların ləzzəti başqadır! Məsələn, ızgara(qril) şəklində təqdim olunan deserti yeməmisinizsə ,hələ ananasın əsl dadını almamısınız deməkdir.
LİÇİ
Tailandın gözdəsi liçi, böyürtkən ailəsindəndir. İçi çox yumşaq və şirin olduğu üçün Çin mətbəxinin əvəzolunmazıdır. Güclü afrodizyak olan bu kiçik meyvə yüngül olsa da, dəyəri yüksəkdir. Çəkisi 25 manatdan satılır. Liçi , dünya mətbəxinin sevilən ulduzu olaraq,satış bazarında güclü bir paya sahibdir.
Samirə İsmayılova