Göz oxşayan füsünkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərləri milli parklara dəvət edir.
Siz Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərsiniz.
Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş gəlir.