20 dekabr 2019 09:51
2105

Qaranlıq keçmişinə işıq salsınlar! Afaq Xatunu hədələdi

Müğənni Xatunun “Müğənnilər var ki, lüt şəklini sosial şəbəkədə paylaşır, sonra da başlayır qeyrətdən danışmağa” fikrinə həmkarı Afaq Aslan sərt reaksiya verib.

Afaq bu barədə “İnstagram” səhifəsində yazıb: “Bu bayram günlərində bəzi şou biznes nümayənləri niyə qaşınırlar axı görəsən? El arasında bir məsəl var, deyirlər ki, “Keçinin buynuzu qaşınanda gələr çobanın çomağına sürtər, sonra da deyər çoban niyə çomağını təpəmə çırpdı?” Necə deyərlər “Özü yıxılan ağlamaz!” 

İnsan gərək özü öz səviyyəsini qorumağı, ağzına yiyəlik etməyi bacarsın. Sonradan əl-ayağa düşərək, “Afaqı susdurun” deyə yalvartdırmasın!"
 “Lüt şəkillər çəkdirib, qeyrətdən danışır” dediklərin var ha, geyinib şəkil çəkdirənlərdən fərqli olaraq onları toylara aparsınlar deyə alçalmırlar”. 

İfaçı Xatunun keçirdiyi estetik əməliyyatlara da eyham vuraraq qeyd edib: “Təbii ki, keçirdiyin əməliyyatların və bədənindəki şramların sayını da “həcilər” və evli kişilər daha dəqiq bilər, nəinki səni əməliyyat edən həkimlər!”
O, Xatuna hədə-qorxu gəlməyi də unutmayıb: “Soyunub şəkil çəkdirənləri də o həddə çatdırma ki, qaranlıq keçmişinə işıq salsınlar!” /ölkə.az