Böyük Britaniyada poçtalyon yorğunluqdan ölüb.
42 yaşlı Pol Kraş Esseks şəhərində məktubları və Milad hədiyyələrini ünvana çatdırarkən yorğunluqdan dünyasını dəyişib.
Paul Kraş poçt şirkətində çalışıb. Milad bayramında hər gün çatdırılmalı olan məktub və bağlamaların sayı 100-dən 240-a qədər artıb. Bu rejimdə o, bir neçə həftə işləməli olub.
Poçtalyon 12 saatlıq iş günündən sonra ofisə qayıdıb və səhhətindən şikayət edib. Bir saatdan sonra səhhəti pisləşib və infarkt keçirərək vəfat edib.
"Bu, onun problemi idi. O, işləməkdən heç vaxt imtina etməyən bir adam idi", - deyə şirkət işçiləri bildiriblər. //Azvision.az