26 dekabr 2019 13:48
866

“WhatsApp”da yeni funksiya aktivləşir

WhatsApp” tezliklə yeni funksiyasını aktivləşdirəcək.

Tətbiqdə “qaranlıq rejim” fəaliyyəti aktivləşəcək. Yeni funksiyanın tətbiqi ilə bağlı rəsmi xəbər olmadığı bildirilib.

Lakin “WaBetaInfo” saytının yayımladığı məlumatda bildirilir ki, “qaranlıq rejim” artıq “Android” istifadəçiləri üçün “WhatsApp” tətbiq yeniləməsinə daxil edilib. Qeyd edək ki, noyabrın sonlarında “Facebook” “Android” əməliyyat sisteminin bəzi istifadəçiləri üçün “qaranlıq rejim” tətbiq edib.