“Jingle Bells” hazırda dünyanın ən məşhur milad mahnılarından biridir.
Mahnının orijinal versiyasını 1857-ci ilin payızında Ceyms Lord Pyerpont yazıb və mahnı “Təkatlı açıq xizək” olaraq adlandırılıb (“One Horse Open Sleigh”).
Ceyms mahının musiqisini 1850-ci ildə Massaçuest ştatının Medford şəhərində bəstələyib.
Hazırda “Jingle Bells”in sözləri orijinal versiyasından fərqlənir və mahnının sizin bu günə qədər eşitmədiyiniz bir neçə versiyası var.
“Jingle Bells” xüsusi olaraq Şükranlıq günü üçün yazılmışdı və XIX əsrin “şən mahnılarından” biri hesab olunurdu. Lakin Massaçusets və Corciya ştatları bu mahnının vətəni adlanmaq uğrunda apardıqları mubarizədə barışmaz düşmənə çevrilmişlər.
“Jingle Bells” kosmosda yayımlanan ilk mahnıdır. 1965-ci il dekabrın 16-da “Gemini 6” kosmik gəmisinin iki astronavtı Tom Stafford və Valİ Schirra missiyaya nəzarət olaraq, “Jingle Bells” sədaları altında belə bir mesaj göndərirlər:
“Biz şimaldan cənuba doğru hərəkət edən peykə bənzər bir obyekt görürük... Mən bir əsas modul və qarşısında 8 kiçik modul görürəm... Pilot qırmızı kostyum geyinib...”
Leyla Şıxəli-Bayramlı, “İki sahil”