30 dekabr 2019 14:43
1404

“Hollywood” ssenarisi kimi həyat yaşayırlar FOTO

İngiltərədə yaşayan Sue Gardner və keçmiş həyat yoldaşı John ilə “Hollywood” filmlərinə ssenari ola biləcək həyat yaşayırlar.

“İki sahil” xəbər verir ki, S.Gardnerin 1990-cı ildə Johnun idarə etdiyi taksiyə minməsi ilə başlayan münasibətləri sonda xanımın evlilik təklifi ilə başa çatıb.

S.Gardnerin təklifini düşünəcəyini bildirən sürücü John həmin gün təklifi qəbul edib.

Cütlük evləndikləri gün Şimali İrlandiyanın paytaxtı Belfasta köçüblər. Evliliyin ilk ilini xoşbəxt keçirən cütlük 10-cu ilində bir-birindən uzaqlaşmağa başlayıb.

İkinci həyat yoldaşı ilə “Facebook”da tanış olduğunu deyən Sue Gardner əlavə edib ki, bunu Johna deyərkən əri təbii qarşılayıb: “Johna bir nəfərlə tanış olduğumu və Belfasta köçməsini istədiyimi dedim. Təəcüblənmədi, üzülmədi, əsəbiləşmədi. O, belə olacağını gözlədiyini dedi. Hətta Kevinin biletini almağa pulumuzun olmadığını dediyimdə biletpulunu ödəməyi qəbul etdi. “Səni xoşbəxt etdiyi müddətdə mənim üçün problem yoxdur”, deyən John, “Mən evədn gedərəm, siz burada yaşayarsınız”, təklifini etdi”.

John S.Gardnerlə 2012-ci ildə boşansalar da 2013-cü ildə Kevinlə evlənən keçmiş həyat yoldaşını yalnız buraxmayıb.

İllər sonra Johnun xərçəng xəstəsi olduğunu öyrənin S.Gardner Kevinin də razılığı ilə keçmiş həyat yoldaşını evinə gətirərək qulluğunda dayanır.

Kevin həyat yoldaşının keçmiş ərinin onlarda yaşamasından narahat olmadığını, johnla dost olduğunu, hətta Johna qullaq edərkən S.Gardnerə könəklik etdiyini bildirib: “Lazım olanı edirik…”.