MSİ notbuk istehsalçıları arasında özünə məxsus yerə malik bir şirkətdir. 7 yanvarda başlayacaq CES 2020 sərgisində MSİ fərqlilik edərək dünyanın ilk Mini LED ekran texnologiyasına malik notbukunu təqdim edəcək. Creator 17 adlanan model fərqli ekran ilə istifadəçilərin qarşısına çıxacaq.
"İki sahil" Technote.az-a istinadən bildirir ki, Creator 17 notbuku 1000 nit kimi nəhəng ekran parlaqlığı dəyərinə malikdir və DCI-P3 rəng aralığını 100% olaraq tam şəkildə dəstəkləyəcək.