Hər birimiz ömrümüzdə bir dəfə də olsun maraqlandığımız, ya da sevdiyimiz yeri görmək istəyirik. Hər bir insan bunun xəyalını qurur. Psixoloqlar məzuniyyət vaxtı heç vaxt olmadığınız yerlərə getməyi məsləhət görürlər. Səyahət etmək insanlara adətən müsbət enerji verir. Bu səbəbdən istirahətinizi divanda, televizor qarşısında deyil, səyahətdə keçirin. “İki sahil” qəzeti TripAdvisor.com səyahət saytının verdiyi məlumatlara istinadən sizə səyahəti sevdirəcək ölkələr haqqında maraqlı faktları təqdim edir.
Bütün dünya xalqlarının içində ən savadlı əhali - Kanadadadır.
Las-Veqas dünyada ən çox mehmanxanaları olan şəhərdir.
Rusiya oksigen istehsalı üzrə bütün dünyada liderdir.
Monqolustan dünyada ən az məskunlaşmış yerlərdən biridir. Burada hər 2.5 kilometrə cəmi 4 nəfər düşür.
Liviyanın 99%-ni səhralar tutur.
Dünyada ən uzun çimərlik Banqladeşdə yerləşir.
ABŞ-da açılan hər səkkiz yeni iş yerlərdən biri turizm və səyahətlərlə bağlıdır.
Hindistan dünyanın ən çoxmillətli ölkəsidir.
Jeyms Kuk Antarktidadan başqa bütün qitələrə səyahət edib.
Taylandda yerləşən “Phi Phi İsland” adlı çimərlik 2018-ci ildə Leonardo Dicaprionun “The Beach” (çimərlik) filminin buraxılmasından sonra çox məşhur olmuşdur.
Dünyada ən böyük otel, 7500 otel otağı olan Moskva şəhərində yerləşən “İzmailovo” otelidir.
Dünya ölkələrində son 50 ildə böhranlar və zəlzələlərə baxmayaraq, iqtisadiyyatın davamlı inkişafı turizm sektoru ilə bağlıdır.
Havay adalarına hər il 6 milyondan çox turist gəlir və burada 11 milyard dollar sərf edirlər.
Dünya ölkələri içində ən çox səyahət edən insanlar avropalılardı.
Heç bilirdinizmi ki, Monako şəhəri Nyu-Yorkun mərkəzi parkından balacadır?
Dünyada ən yüklü hava limanı Atlantada yerləşən “Xartsfild- Jekson” adlı Beynəlxalq hava limanıdır.
Çilinin “San Alfonso Del- Mara” kurortu dünyaca məşhur olan böyük hovuzu ilə tanınır.
Fransa dünyada ən çox ziyarət edilən ölkədir.
Ən qısa uçuş Şotlandiyada qeydə alınıb. Bu uçuş cəmi iki dəqiqə davam edir (Şotlandiyanın Uestereyden adasından Papa-Uestrey adasına qədər)
Ən uzun uçuş isə Sidneydən Dallas şəhərinədir. Bu uçuş təxminən 16 saat davam edir və 8500 mil (13679 km) əhatə edir.
Samirə Tağıyeva, “İki sahil”