09 yanvar 2020 18:01
1171

Cənazələr qarışdı – Nazirin dayısı…

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) qəribə hadisə baş verib.

“İki sahil” xəbər verir ki, ŞKTC-nin Turizm və Ətraf Mühit naziri Ünal Üstelin vəfat edən dayısı Nazım Özevrenin nəşi dəyişik düşərək ingilislərə verilib. Belə ki, Girne Akçiçek Xəstəxanasının morquna gələn N.Özevrenin qızı Özgen Özevren meyidin atasına məxsus olmadığını görüb. Məsələni araşdıran xəstəxana rəsmiləri meyidlərin qarışdığını, N.Özevrenin meyidinin yaxınlarını almaq üçün morqa müraciət etmiş ingilislərə verildiyini bildiriblər.

Araşdırmalar nəticəsində məlum olub ki, Peter Drake adlı ingilisin ŞKTC-də heç bir qohumu yoxdur. P.Drakenin nəşini alan dostları meyidi təyin etmədən ingilis məzarlığına dəfn ediblər.

Ailəsinin müraciətinə əsasən N.Özverenin meyidi məzardan çıxarılaraq türk məzarlığında dəfn edilib. P.Drake isə N.Özverenin çıxarıldığı məzara dəfn edilib.