Heç bilirdinizmi ki, pul vahidlərinin belə özünəməxsus mənaları var? Pullar haqqında məlumat almaq istəyirsinizsə onda mütləq bu yazını oxuyun.
Yapon ienası
Dünya valyutaları içərisində ən qədim və sirli ad kimi təsir bağışlayan yapon ienası əslində, kifayət qədər sadə bir mənaya sahibdir. Bu valyutanın adı Çin valyutası yuanın adından əmələ gəlib. Yapon ienası Çin yuanın əcdadı sayılır və əslində samitlərin yerdəyişməsi nəticəsində yaranıb.
Çin yuanı
Çin yuanı qədim Sin imperiasının dönəmində yaranıb. Bəs o zaman “yuan” adının mənası nədir? “Yuan” sözü tərcümədə “ dairəvi əşya” və yaxud “yumru qəpik” mənasını verir. Maraqlıdır ki, bu qədər nəhəng imperiyanın təmsilçiləri bu dərəcədə savadsız və bəsit düşüncələrə malik olublar.
Rus rublu
Alimlər rus rublunun yaranma tarixi və mənşəyi haqqında fərqli düşüncələr irəli sürüblər. Məşhur fərziyyələrdən biri də odur ki, rubl Hindistan rupiyasından əmələ gəlib. Əsasən, Rusiya və Belarusda istifadə olunan bu pul vahidinin “ kəsmə” sözündən yaranmasını söyləyirlər. Burada yaşayan insanların sözlərinə görə, gümüş parçadan kəsilən qəpiklər rubl adlandırılıb. Digər alimlərin irəli sürdüyü düşüncəyə görə , rubl vahidinin “sevinc” sözü ilə bağlı olduğunu düşünürdülər. Onların sözlərinə görə, qədim zamanlardan bəri rublu əlinə götürən kəndlilər ürəkdən sevinirdirlər.
Amerika dolları
Dünyada ən çox istifadə edilən pul vahidlərindən olan dollar müxtəlif dəyişikliklərə məruz qalıb.Bəzi alimlərin müşahidələrinə görə, “ dollar” sözü Avropa sikkəsi “ taler”dan yaranıb. “ Taler” sikkəsi XVI-XVII-ci əsirlərdə dünyanın ən əsas pul vahidlərindən biri olub və müəyyən dəyişikliklər nəticəsində “ taler” sözü dəyişərək “dollar” olub. Əsasən ABŞ, Kanada, Yeni Zellandiya, Sinqapur kimi ölkələrdə istifadə edilən “dollar”sözü burada yaşayan insanların düşüncələrinə görə, hollandların “joachimsthal” sözündən yaranıb. “Joachimsthal” sözünün mənası “gümüş mədəni” deməkdir. Bu söz tədricən müxtəlif dəyişikliklərə məruz qalaraq “dollar” sözünə çevrilib.
İngiltərənin funtu
İngiltərənin əsas pul vahidi olan “ funt” sözü latın dilindən götürülüb. “Funt” sözünün mənası “ağırlıq” deməkdir.
Samirə Tağıyeva, “İki sahil”