13 yanvar 2020 14:07
1361

Vulkanın fonunda toy baş tutub - FOTO

 Öz toyunu planlaşdıran cütlük Filippində yaşanan fövqəladə bir haldan səmərəli istifadə edib.

“İki sahil” xəbər verir ki, Çino Vaflor və Kat Bautista Palomar ölkənin ən aktiv vulkanlarının yerləşdiyi Taal ərazisindən bir qədər aralıda toy mərasimi təşkil etmək qərarına gəliblər.

Mərasim başlayana yaxın məlum olub  ki, Taal vulkanı fəallaşıb və kilometrlərlə yüksəkliyə kül və buxar qalxmağa başlayıb.

Toy mərasiminin baş tutduğu məkan bir qədər yüksəklikdə və aralıda olduğundan vulkan qonaqları narahat etməyib.

Toyun fotoqrafı vulkanın yaratdığı fondan məharətlə istifadə edərək, cütlük üçün fotoalbom hazırlayıb. O, 8 illik peşəkar fəaliyyəti dövründə bu qədər maraqlı halla qarşılaşmadığını bildirib.

 Qonaqlar toyda havada külün uçuşduğunu bildirib, lakin buna baxmayaraq, vulkanın işıqlarında və yaratdığı buludun önündə çoxlu şəkillərini paylaşıblar.

Nubar Süleymanova,

“İki sahil”