27 yanvar 2020 14:27
1645

80 yaşlı qadın 35 yaşlı oğlanla… - FOTO

80 yaşlı İris Jones və 35 Muhammed Ahmed İrbriham evlənməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, cütlük “Facebook” sosial şəbəkəsində tanış olublar.

Belə ki, İngiltərədə yaşayan İ.Jones misirli sevgilisi ilə tanış olmaq üçün Qahirəyə gedib.

Gəlin nənə evlilik arzusunu reallaşdırmaq üçün 70 yaşlı gələcək qayınanasından da evlilik üçün icazə alıb.

Bildirilir ki, ilk həyat yoldaşından 40 il əvvəl ayrılsa da o vaxtdan həyatında heç bir kişi olmayıb.

Onun 54 yaşında Steve, 53 yaşında isə Darren adlı iki oğlu var.

Oğlanları İ.Jonesə mümkün ola biləcəklərlə bağlı xəbərdarlıq etsələr də o, “Həqiqi sevgini tapmışam”, deyib: “Əgər mənimlə sərvətim üçün evlənirsə, bol şans diləyirəm. Çünki mən, varlı deyiləm. İndiyə qədər həyatımı başqalarını xoşbəxt etmək üçün yaşadım, bundan sonra da ölənə qədər xoşbəxt yaşamaq istəyirəm. Doğru insanla 80 yaşımda tanış oldum. Bunun həqiqi sevgi olduğuna əminəm”.

İ.Jones keçmiş həyat yoldaşından boşandığına dair sənədləri götürmək üçün ölkəsinə geri dönüb. O, Qahirəyə qayıdaraq gənc sevgilisi ilə evlənəcək.