30 yanvar 2020 09:57
1093

Qaraja getmək üçün tunel qazdılar 

Qaraja getmək istəyən sakin qarın altından yeddi metr uzunluqda tunel qazıb. "İki sahil" xəbər verir ki, Rusiyanın “Katun 24” media qrumu  sakinlərin bununla bağlı çəkdiyi videonu paylaşıb.

Məlumata görə, Rusiyanın Altay bölgəsində əlverişsiz hava şəraiti Barnaul sakinlərinin vəziyyətini pisləşdirib. Kadrları çəkən Anton Tananıkin qarşıda hələ qış mövsümünün yarısının durduğunu deyib: “Bundan sonra nə baş verəcək, demək çətindir. Maşını isə belə görünür ki, ancaq yazda çıxara biləcəyik”.