Elm adamları, stresin saçları necə ağartdığı sualına cavab tapdıqlarını açıqlayıblar.
Stresin saç ağarmasına təsir etdiyi təxmin edilir, ancaq bədəndə bu ağarma prosesinin necə baş verdiyi məlum deyildi.
Siçanlar üzərində aparılan təcrübədə aşırı stresin dərini idarə edən kök hüceyrələrə və saç rənginə təsir etdiyi aşkar edildi.
Müayinələr zamanı tünd rəngli tükləri olan bir siçanın bir neçə həftə ərzində tamamilə ağ rəngə çevrildiyi müşahidə edildi.
Ailələrin genetik xüsusiyyətlərindən asılı olaraq, 30 yaşından başlayaraq insanların saçları ağarmağa başlaya bilər. Əsas təsirin təbii yaşlanma prosesi və genlərin təsiri olmasına baxmayaraq, stresin də saçların ağarmasında təsirli olduğu düşünülür. Ancaq elm stresin saçlara necə təsir etdiyinə dair dəqiq bir məlumata sahib deyildi. Təbiət jurnalında dərc olunan araşdırmada Sao Paolo və Harvard universitetlərinin tədqiqatçıları saçların ağarmasının saç və saç rəngini yaratmaqda təsiri olan melanin maddəsini yaradan melanosit hüceyrəsi ilə əlaqəli olduğunu iddia edirlər. Siçanın üzərində aparılan təcrübələr zamanı bu fikri dəstəkləyəcək dəlil tapdıqlarını deyən Harvard Universitetinin tədqiqatçısı professor Ya Çih Hsu stresin saç və dəri dəyişikliklərindəki ən böyük səbəb olduğuna əmin olduqlarını da bildirib.
Əziyyət çəkən siçanların orqanlarında ifraz olunan adrenalin və kortizol sinir sisteminə təsir göstərərək ağır stress, daha sürətli ürək döyüntüsü və qan təzyiqində artım yaradıb. Bu vəziyyət saç folikullarında meydana gələn hormon melaninə təsir edib və bu da saç follikulunun azaldılmasının artmasına səbəb olub. Professor Hsu, bu araşdırmayla stresin insan orqanizminə mənfi təsirinin təxmin etdiklərindən daha artıq olduğunu öyrəndiklərini bildirib. Bir neçə gündən sonra üzərində araşdırma aparılan siçanın orqanizmində piqment yeniləyici kök hüceyrələrin tamamilə yox olduğu görülüb. “Kök hüceyrələr yox olarsa, bir daha bərpa olunmaz”, deyə bildirən professor stresin yaratdığı zərərin qalıcı olduğunu deyib.
Digər bir eksperimentdə tədqiqatçılar siçanlara yüksək qan təzyiqi xəstələri üçün istifadə olunan həssaslığı önləyən bəzi dərmanlar verdikdə saçların dəyişməsinin qarşısını aldığını müşahidə etdilər. Onlar təcrübədə əziyyət çəkən siçanları və çəkməyən siçanları müqayisə etdilər. Araşdırma nəticəsində stress ilə meydana gələn zülal və kök hüceyrələrə ziyan vuran protein aşkarlayıblar. CDK adlanan bu zülal maddəsi siçanlara vurulduqda, tüklərinin ağarmasının qarşısını aldı.
“Bu tapıntılar ağ saç üçün bir həll yolu və ya müalicə deyil” deyə bildirən professor Hsu siçanlar üzərində aparılan təcrübə insan müdaxilələri üçün uzun bir səyahətin başlanğıcı olduğunu, həmçinin stresin bədənin digər orqanlarına necə təsir edə biləcəyinə dair onlara məlumat verdiyini də nəzərə çatdırdı.
Röya Rasimqızı, “İki sahil”