30 yanvar 2020 10:41
2608

Deyirlər gözəllik 10-dur, 9-u kosmetika?

Qədim Misirdə kosmetika dinin çox vacib bir hissəsi idi. Tanrıları və ruhları şərəfləndirmək üçün insanlar bədənlərinə çox yaxşı qulluq edirdilər. Üz makiyajı və bədən yağları müqəddəs sayılırdı.

Lakin onu da qeyd edək ki, qədim kosmetik məhsullarda  zəhərli maddələr kifayət qədər çox idi. Yalnız aristokratiya və yüksək ranqlı insanlar kosmetikadan geniş şəkildə istifadə edirdilər və sadə təbəqə insanları onlara bəzən birmənalı olaraq qısqanclıq, düşmənçiliklə baxırdılar.

Roma senatı qadınların cəmiyyətdə kosmetik məhsulları istifadəsinə dair maneə yaradacaq  “LexOppia” adlı bir qanun qəbul etmiş, bu, Romadakı yüksək təbəqədən olan qadınların Hindistan və yaxın Şərqdən ekstravaqant kosmetik məhsullar əldə etmək üçün külli miqdarda pul xərclədiklərinə görə qəbul edilmişdi.

1920 və II Dünya müharibəsi illərində kimyaçı və kosmetoloqlar üz maskaları, qaş qələmləri, dodaq parıldadıcısı, günəşdən qoruyucu yağ və saç spreyləri  icad etdilər.

Dırnaq rəngləri qədim Çində icad edildi, ancaq  zadəganlar  tərəfindən istifadə edilirdi. Adi insanlar isə bundan istifadə etdikləri təqdirdə edam edilirdilər.

XIX əsrin sonlarında isə ümumi  əhali  ilk dəfə sənayedə hazırlanmış dezodorantlardan və diş pastalarından istifadə etməyə başladı.

Elizabethan dövrü  ağ üz dərisi və tünd boyalı gözlər və dodaqlar modası ilə məşhur idi. Göz layneri üçün istifadə olunan maddələrdən biri də kömür idi. Firon Tutankhamenin məzarının kəşfi göz layneri məhsullarının dünya miqyasında qəbul edilməsinə səbəb oldu.

İngiltərə demək olar ki, XVIII əsrdə kişilərin makiyaj etdikləri  təqdirdə qadınlarından boşanmalarına imkan verən bir qanun qəbul etdi. Əsr keçdikdən sonra Kraliça Viktoriya kosmetik baxımdan yaramaz və vulqar istifadəni açıq elan etdi.

Katolik Kilsəsi Avropada qaranlıq və orta əsrlərdə bir çox kosmetik məhsulu səhv hesab etdi.

Fransız modelyer Koko Şanel XX əsrin əvvəllərində bazara böyük bir müvəffəqiyyət aşılayıcı yağları təqdim etdi.

XV əsrdə qadınlar üzlərində hər hansı tük olmamasına diqqət yetirirdilər, səbəb olaraq isə həmin dövrdə   məşhur Mona Lizanın qaşlarının olmaması idi.

Dodaq boyalarının satışında 1915-ci ildə portativ dodaq boyalarının istehsalından sonra böyük miqdarda artım müşahidə olundu.

XX əsrin əvvəllərində kosmetik vasitələr, nəhayət, xalq tərəfindən qəbul olundu. Böyük marketinq kampaniyaları, çoxsaylı ixtiralar və moda dəyişikliyi bu gün istifadə olunan demək olar ki, bütün kosmetik məhsulların istehsalına  şərait yaratdı.1960-cı illərdə artıq gənc qızların orta miqdarda makiyajdan istifadə etməsi normal hal kimi qəbul edildi.

Qeyd edək ki, kosmetika sənayesi hər il 20 milyard dollar ətrafında dövr edir. Müxtəlif hökumətlər və tənzimləyici orqanlar dünyada kosmetik məhsulların istehsalı və yayılmasına ciddi nəzarət edir. 

Samirə İsmayılova,

“İki sahil”