Memar Eren Taludan olan Defne Samyelinin böyük qızı Deren Talu Pelin Kayanın Youtube proqramının qonağı olub. 23 yaşlı Talu ona maraq göstərənlərə səmimi açıqlamalar verib.
“İki sahil” xəbər verir ki, sosial mediada anası Defne Samyeli və bacısı Derinlə verdiyi pozlarına danışılan söz-söhbətə Deren vəziyyəti belə izah edib: "Sosial mediada iddia edildiyi kimi, aramızda heç bir yarışma yoxdur. Biz anamla o qədər yaxınıq ki, zövqlərimiz və düşüncə tərzimiz eynidir. Hətta qarderoblarımız da eynidir. Bacım Derin 16 yaşındadır. Onunla aramızda yarış deyilən bir şey ola bilməz. O şanslıdır ki, bacısının səhvlərindən dərs ala bilər. Anam gözəl və gəncdir. Ümid edirəm ki, genetik olaraq ona çəkmişəm."
Bəzən anam və bacımla birlikdə dəvət olunan məclislərə qatılanda geyim seçimlərimiz fərqli olur: “Nə geyinəcəyimizi birlikdə qərara alırıq. Mən yubka geyinsəm, Dərin şalvar, anam da başqa bir şeyə üstünlük verir.”